Ceyhun Bayramovun özbəkistanlı həmkarı ilə telefon danışığı olub

Ceyhun Bayramovun özbəkistanlı həmkarı ilə telefon danışığı olub Dekabrın 2-də xarici işlər naziri Ceyhun Bayramovun Özbəkistan xarici işlər naziri Əbdüləziz Kamilov ilə telefon söhbəti baş tutub.
Xarici siyasət
2 Dekabr , 2020 14:29
Ceyhun Bayramovun özbəkistanlı həmkarı ilə telefon danışığı olub

Dekabrın 2-də xarici işlər naziri Ceyhun Bayramovun Özbəkistan xarici işlər naziri Əbdüləziz Kamilov ilə telefon söhbəti baş tutub.

XİN Mətbuat xidməti idarəsindən "Report"a bildirilib ki, nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. 10 noyabr tarixli birgə bəyanatda nəzərdə tutulan məsələlərin icrasının vacibliyi, eləcə də bölgədə sülh, əmin-amanlıq və təhlükəsizliyin təmin olunması baxımından bu razılaşmanın həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi