CGSS-in icraçı direktoru: “Birbaşa reyslər Pakistan və Azərbaycana böyük üstünlüklər qazandıracaq”

CGSS-in icraçı direktoru: “Birbaşa reyslər Pakistan və Azərbaycana böyük üstünlüklər qazandıracaq” "Azərbaycan və Pakistan arasında aviareyslərin açılması bu ölkələrə turizm və digər sahələr üzrə əlaqələri möhkəmləndirmək üçün yaxşı imkan yaradıb".
Xarici siyasət
17 Mart , 2022 13:34
CGSS-in icraçı direktoru: “Birbaşa reyslər Pakistan və Azərbaycana böyük üstünlüklər qazandıracaq”

"Azərbaycan və Pakistan arasında aviareyslərin açılması bu ölkələrə turizm və digər sahələr üzrə əlaqələri möhkəmləndirmək üçün yaxşı imkan yaradıb".

Bunu “Report”a Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin (CGSS) icraçı direktoru Xalid Teymur Əkrəm Lahor və Bakı arasında ilk aviareysi şərh edərkən bildirib.

“Pakistan Beynəlxalq Aviaşirkətinin (PIA) birbaşa reyslərinin açılması insanlar arasında əlaqələrin genişləndirilməsi baxımından ikitərəfli münasibətlərə yeni təkan verəcək. Hesab edirəm ki, bu addımlar digər sahələrdə də inkişafın yaxşılaşdırılması baxımından həyati əhəmiyyət kəsb edir”, - o deyib.

CGSS rəhbəri əlavə edib ki, hökumətlər birgə müəssisələr üçün daha çox layihələr həyata keçirməyə çalışır.

Onun sözlərinə görə, regional inteqrasiya və iqtisadi əlaqələr beynəlxalq münasibətlərin inkişaf etməkdə olan tendensiyalarını və modellərini müəyyən edən əsas amillərdir: “Beləliklə, bu fəaliyyətə dəstək verilməsi hər iki ölkə üçün faydalıdır. Bundan əlavə, birbaşa reyslər Azərbaycan və Pakistana böyük üstünlüklər qazandıracağı gözlənilir”.

Teymur Əkrəm ölkələri qardaşlıq münasibətlərinin bağladığını, Azərbaycan və Pakistanın beynəlxalq arenalarda hər zaman bir-birini dəstəklədiyini qeyd edib.

Xatırladaq ki, “Pakistan İnternational Airlines” şirkəti bu həftədən etibarən Lahor və Kəraçidən Bakıya müntəzəm uçuşlara başlayır. “Azərbaycan Hava Yolları” (AZAL) da Bakıdan Lahora uçuşlar təşkil etməyi planlaşdırır.

Son xəbərlər

Orphus sistemi