Çilili diplomat: “QH-nin Gənclər Şəbəkəsi Azərbaycanın sədrliyinin nəticəsidir”

Çilili diplomat: “QH-nin Gənclər Şəbəkəsi Azərbaycanın sədrliyinin nəticəsidir” “Qoşulmama Hərəkatının (QH) Gənclər Şəbəkəsinin mövcud olması Azərbaycanın bu təşkilatın sədri kimi vacib işlər gördüyünü sübut edir”.
Xarici siyasət
25 İyul , 2022 13:54
Çilili diplomat: “QH-nin Gənclər Şəbəkəsi Azərbaycanın sədrliyinin nəticəsidir”
Fidel Koloma

“Qoşulmama Hərəkatının (QH) Gənclər Şəbəkəsinin mövcud olması Azərbaycanın bu təşkilatın sədri kimi vacib işlər gördüyünü sübut edir”.

Bunu “Report”a Çilinin Azərbaycandakı müvəqqəti işlər vəkili Fidel Koloma bildirib.

“QH-nin Gənclər Şəbəkəsinin mövcudluğu Azərbaycan Prezidenti sayəsində mümkün olub. Bu, rəsmi Bakının ikinci təşəbbüsüdür. Birinci təşəbbüs QH-nin Parlament Şəbəkəsinin yaradılması ilə bağlı idi, indi isə artıq Gənclər Şəbəkəmiz var. Bu, Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi vacib işlər gördüyünü sübut edir və bu işlər beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilir”, - F.Koloma deyib.

O, Azərbaycan Prezidenti İlham Əliyevin gəncləri dünyanın gələcəyi adlandırdığını və bu səbəbdən onların təşkilatın fəaliyyətinə cəlb edilməsinin vacibliyini vurğuladığını xatırladıb.

Bununla yanaşı, çilili diplomat Qoşulmama Hərəkatının özünün də vacibliyini vurğulayıb və onun BMT-dən sonra ikinci ən böyük təşkilat olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi