Çin hökumətinin xüsusi nümayəndəsi: “Biz Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməyə davam edəcəyik”

Çin hökumətinin xüsusi nümayəndəsi: “Biz Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməyə davam edəcəyik” “Bir kəmər, bir yol” təşəbbüsü çox mühüm əhəmiyyətə malikdir”.
Xarici siyasət
10 Mart , 2023 12:56
Çin hökumətinin xüsusi nümayəndəsi: “Biz Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməyə davam edəcəyik”

“Bir kəmər, bir yol” təşəbbüsü çox mühüm əhəmiyyətə malikdir”.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Çin hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbo deyib.

O, bu təşəbbüsün rolunun getdikcə artdığını və 100-ə yaxın ölkəni əhatə etdiyini bildirib. "Bir çox ölkələr bu layihədən faydalanır və bu, Çin ilə əməkdaşlığın, eləcə də iqtisadi əlaqələrin genişlənməsinə töhfə verir. Çin də bu təşəbbüsdən faydalanır", - xüsusi nümayəndə bildirib.

"Həm Çin, həm də Azərbaycan qədim tarixə malikdir, keçmişdə bizi Böyük İpək Yolu birləşdirib", - Vu Honqbo deyib.

O, bu il Azərbaycan və Çin arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümünün qeyd edildiyini xatırladıb. "Biz iqtisadi sahədə əməkdaşlığı inkişaf etdiririk", - Çin hökumətinin xüsusi nümayəndəsi deyib. Vu Honqbo iki ölkə liderləri arasında fəal siyasi dialoqun aparıldığını qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan mühüm geostrateji mövqeyə malikdir: "Son bir neçə ayda biz Çindən Avropa ölkələrinə yükdaşımaların artdığını müşahidə edirik. Biz infrastrukturun inkişaf etdirilməsi, o cümlədən tikinti sahəsində iki ölkə, şirkətlər və sahibkarlar arasında əməkdaşlıq üçün yaxşı imkanların mövcud olduğunu görürük".

Son xəbərlər

Orphus sistemi