“Şərq tərəfdaşlığı” ölürmü? Hesab edirəm ki, əksinə, biz şərq tərəfdaşlarımıza getdikcə daha çox diqqət ayırırıq”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell deyib.
Onun sözlərinə görə, “Şərq tərəfdaşlığı” hazırda Aİ-nin xarici siyasətinin mühüm hissəsini təşkil edir.
Qeyd edək ki, bu gün Brüsseldə “Şərq tərəfdaşlığı” ölkələrinin xarici işlər nazirlərinin görüşü keçiriləcək.