Azərbaycan vətəndaşından ibarət 400 nəfərlik qrup sentyabrın 8-də COVID-19 pandemiyası səbəbindən bağlanan Rusiya-Azərbaycan sərhədində yaradılmış xüsusi dəhlizdən keçməklə Vətənə qayıdıb.
“Report” xəbər verir ki, bu barədə Dağıstan Respublikasının Dərbənd Rayon Administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, evinə gedə bilməyən Azərbaycan vətəndaşları üçün Fövqəladə Hallar Nazirliyi Dağıstanın Dərbənd və Məhəmmədkənd rayonlarının sərhədində müvəqqəti yerləşdirmə məntəqəsi açıb. Çadır düşərgəsində və yaxınlıqda olan ölkəmizin vətəndaşları həftədə bir dəfə qrup halında vətənə yola salınır.