“Diplomatiya Aləmi” jurnalının növbəti buraxılışı Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub

“Diplomatiya Aləmi” jurnalının növbəti buraxılışı Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub Azərbaycan Xarici İşlər Nazirliyinin "Diplomatiya Aləmi” jurnalının 59-cu xüsusi buraxılışı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.
Xarici siyasət
24 Noyabr , 2023 16:17
“Diplomatiya Aləmi” jurnalının növbəti buraxılışı Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub

Azərbaycan Xarici İşlər Nazirliyinin "Diplomatiya Aləmi” jurnalının 59-cu xüsusi buraxılışı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.

"Report"un məlumatına görə, Prezident İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamı ilə başlayan xüsusi buraxılışda həmçinin ölkənin bir sıra dövlət rəsmilərinin, o cümlədən xarici işlər naziri Ceyhun Bayramov, ədliyyə naziri Fikrət Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Dövlət Neft Şirkətinin (SOCAR) keçmiş birinci vitse-prezidenti, mərhum Xoşbəxt Yusifzadə, Milli Məclisin üzvü Musa Qasımlı, habelə Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun baş direktoru Nazim Müzəffərlinin (İmanov) məqalələri dərc olunub.

Xüsusi buraxılışda, həmçinin xarici ölkələrin bir sıra dövlət xadimlərinin, o cümlədən Moldovanın keçmiş Prezidenti Petru Luçinski, Gürcüstanın xarici işlər nazirinin birinci müavini Laşa Darsalia, keçmiş Yuqoslaviya Sosialist Federativ Respublikasının son xarici işlər naziri Budimir Lonçar, Ankara Universitetinin rektoru Necdet Ünüvar, Qazaxıstanın xalq yazıçısı Oljas Süleymenov, ölkəmizin ABŞ-ın Nyu-Meksiko ştatındakı keçmiş fəxri konsulu Art Makhaffi və digər şəxslərin Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrinin əks olunduğu müsahibə, məqalə və çıxışlar öz əksini tapıb.

Jurnalın sonunda cari il iyulun 5-6-da Bakıda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı qəbul olunmuş xatirə bəyannaməsi dərc edilib.

Son xəbərlər

Orphus sistemi