Prezident İlham Əliyev Azərbaycanın Xəzər dənizində və Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində səylərini davam etdirdiyini deyib.
"Report" xəbər verir ki, bu barədə oktyabrın 13-də Azərbaycan və İran prezidentləri arasında Astanada keçirilən görüş zamanı qeyd olunub.
Dövlət başçısı xüsusilə Xəzəryanı ölkələr arasında münasibətlərin dostluq əsasında inkişafından razılığını ifadə edib.