O'Brayn: Azərbaycanın regionda yaratdığı yeni reallıq sülhün bərqərar olmasına şərait yaradıb

O'Brayn: Azərbaycanın regionda yaratdığı yeni reallıq sülhün bərqərar olmasına şərait yaradıb ABŞ və Azərbaycan bir çox sahələrdə tərəfdaşlıq əlaqələri qurub
Xarici siyasət
28 İyun , 2024 16:58
O'Brayn: Azərbaycanın regionda yaratdığı yeni reallıq sülhün bərqərar olmasına şərait yaradıb

Son illərin hadisələri Azərbaycana regionda siyasətin dəyişməsində mərkəzi rol oynamağa imkan verdi ki, bu da öz növbəsində sülhün bərqərar olmasına şərait yaradıb.

"Report" xəbər verir ki, bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn jurnalistlərə açıqlamasında deyib.

“Bir çox sahələrdə güclü və səmərəli tərəfdaşlığımız var. Müzakirələrimizin əksəriyyəti regiondakı vəziyyətə həsr olunub. Biz Prezident İlham Əliyevlə bir neçə konkret məsələni, o cümlədən regiondakı vəziyyəti müzakirə etdik”, - o bildirib.

O'Brayanın sözlərinə görə, son illərin hadisələri Azərbaycana regionda siyasətin dəyişməsində mərkəzi rol oynamağa imkan verib: “Bu isə sülhün bərqərar olmasına şərait yaratdı. Bu, həm də ölkələr arasında illərdir davam edən mübahisənin həlli üçün bir yoldur, gələcəkdə dinc münasibətlər qurmaq imkanıdır və bütövlükdə regiona fayda verəcək”.

Dövlət katibinin köməkçisi onu da vurğulayıb ki, region ölkələri arasında əməkdaşlıq nəinki təhlükəsizlik vəziyyətini yaxşılaşdıracaq, həm də malların Mərkəzi Asiyadan Azərbaycan, daha sonra isə Gürcüstan və Ermənistan vasitəsilə dünya bazarlarına çatdırılmasına imkan verəcək.

Son xəbərlər

Orphus sistemi