EACPA Baş katibi və nümayəndələri Niderland XİN-in şöbə müdiri və “Denk” partiyasının rəhbəri ilə görüşüblər

EACPA Baş katibi və nümayəndələri Niderland XİN-in şöbə müdiri və “Denk” partiyasının rəhbəri ilə görüşüblər Avro-Atlantik Azərbaycanlıları Tərəfdaşlıq Şurasının (EACPA) Avropa ölkələrindən olan nümayəndə heyəti ilə Niderland Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya şöbəsinin müdiri arasında görüş keçirilib.
Xarici siyasət
3 Dekabr , 2024 17:15
EACPA Baş katibi və nümayəndələri Niderland XİN-in şöbə müdiri və “Denk” partiyasının rəhbəri ilə görüşüblər

Avro-Atlantik Azərbaycanlıları Tərəfdaşlıq Şurasının (EACPA) Avropa ölkələrindən olan nümayəndə heyəti ilə Niderland Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya şöbəsinin müdiri arasında görüş keçirilib.

“Report”un məlumatına görə, görüş zamanı Tərəfdaşlıq Şurasının Baş katibi Sahil Qasımov Niderland XİN-in Şərqi Avropa və Mərkəzi Asiya şöbəsinin müdiri Karoline Remaekersə Baş nazir və koalisiya hökumətinə ünvanlanmış müraciətin məzmunu haqqında məlumat verib. Sahil Qasımov Azərbaycan və Niderlandın dost ölkələri olduğunu, Niderlandın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib.

EACPA-nın bir sıra ölkələrdən olan nümayəndələri - Finlandiyadan Arzu Oktay, Vasif Muradlı, Almaniyadan Müşfiq Sultanov, Niderlanddan Ofelya Babayeva əslən qarabağdan olduqlarını ifadə ediblər. Söhbət zamanı Ermənistanın Qarabağda törətdiyi insanlıq faciəsi də dilə gətirilib.

Niderland XİN-in Şərqi Avropa və Mərkəzi Asiya şöbəsinin müdiri Karoline Remaekers də, öz növbəsində, Azərbaycan və Niderland xalqlarının dostluq münasibətindən söz açıb.

EACPA İdarə Heyətinin üzvləri həmçinin Niderlandın “Denk” siyasi partiyasının rəhbəri Ejder Köse ilə də görüşüblər.

Görüş zamanı “Denk” partiyasının Qarabağ məsələsində hər zaman Azərbaycanı dəstəkləməsi fikri diqqətə çatdırılıb. Partiya sədri bundan sonra da bu siyasətə sadiq qalacaqlarını və Azərbaycanın Qərbi Azərbaycan Konsepsiyasını dəstəkləyəcəklərini ifadə edib.

Son xəbərlər

Orphus sistemi