“Mənə elə gəlir ki, Almaniyanın Azərbaycana qarşı qərəzli münasibəti Fransanın təsiri altında özünü göstərir. Bilirik ki, Fransada güclü erməni diasporu mövcuddur. Almaniya və Fransa isə Avropa İttifaqının iki lideridir. Ona görə də bütün əsas məsələlərdə ortaq mövqe tutmağa çalışırlar. Fransa Azərbaycana qarşı olduqca sərt mövqe sərgiləyən zaman Almaniya siyasətçiləri və mediası da onları dəstəkləməyə başladı”.
Bunu “Report”un Rusiya bürosuna açıqlamasında rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov deyib.
Ekspertin fikrincə, bu, Almaniyanın Azərbaycana qarşı belə münasibətinin ilk, lakin yeganə olmayan səbəbidir: “Bu həm də antitürk əhval-ruhiyyə ilə əlaqədardır. Həm Fransada, həm də Almaniyada “anti-Ərdoğan” siyasəti mövcuddur, bu, bəzən “anti-İslam” siyasətinə də çevrilir”.
S.Markov Almaniyadakı böyük türk icmasının olduğunu və bununla əlaqədar Türkiyəyə qarşı təbliğat aparıldığını qeyd edib: “Avropa mediasında indi Türkiyə və Azərbaycanın, demək olar, eyniləşdirilməsi olduğundan anti-Azərbaycan mövqe Almaniyanın anti-Türkiyə mövqeyinin tam təzahürüdür”.