Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbə qazanaraq öz ərazilərini azad etməsi Cənubi Qafqazdakı vəziyyəti dəyişdirb.
Bunu “Report”a Stokholmdakı Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun direktoru Svante Kornel bildirib.
“Prezidentin nitqinə diqqət yetirsək, Azərbaycan irəli getməyə hazırdır”, - deyən S.Kornel Prezident İlham Əliyevin bu gün ADA Universitetində keçirilən “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransın iştirakçıları ilə görüşünü şərh edib.
Ekspert regionda sülhün təkcə bir ölkədən asılı olmadığını qeyd edib: “Cənubi Qafqazdakı sülh davamlı olmalıdır, amma bu, təkcə bir iştirakçıdan asılı deyil. Bu, həm regional aktorlardan, yəni burada Ermənistan nəzərdə tutulur, həm də regionda öz mənafeləri naminə sülhü pozan böyük dövlətlərdən də asılıdır”.