Ekspert: Azərbaycan, Türkiyə və Pakistan arasında Astana görüşü tərəfdaşlıq səviyyəsinin nümayişidir

Ekspert: Azərbaycan, Türkiyə və Pakistan arasında Astana görüşü tərəfdaşlıq səviyyəsinin nümayişidir Bu yaxınlarda Azərbaycan, Türkiyə və Pakistan arasında keçirilən üçtərəfli görüş üç ölkə arasında strateji tərəfdaşlığın yüksələn səviyyəsini nümayiş etdirir.
Xarici siyasət
5 İyul , 2024 16:35
Ekspert: Azərbaycan, Türkiyə və Pakistan arasında Astana görüşü tərəfdaşlıq səviyyəsinin nümayişidir

Bu yaxınlarda Qazaxıstanda Azərbaycan, Türkiyə və Pakistan arasında keçirilən üçtərəfli görüş üç ölkə arasında strateji tərəfdaşlığın yüksələn səviyyəsini nümayiş etdirir.

Bunu “Report”a açıqlamasında beynəlxalq münasibətlər sahəsində ixtisaslaşmış pakistanlı ekspert Aimen Camil deyib.

Onun sözlərinə görə, ölkələr coğrafi üstünlüklərindən istifadə etməklə logistika, enerji infrastrukturu, birgə hərbi təlimlər və mədəni mübadilə proqramları kimi vacib sahələrdə daha dərin əməkdaşlıq əlaqələri yarada bilər: “Bu da son nəticədə regional sabitliyə və rifaha töhfə verəcək”.

Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq istəyindən danışan ekspert qeyd edib ki, tamhüquqlu üzvlük mürəkkəb prosesdir:

“Rusiya və Çin kimi üzvlərlə iqtisadi əməkdaşlığın genişləndirilməsi Azərbaycan, Türkiyə və Pakistan üçün eyni dərəcədə əhəmiyyətli olan Orta Dəhliz vasitəsilə ticarətin inkişafına kömək edə bilər”.

O qeyd edib ki, Pakistanın Azərbaycanın Şanxayın Əməkdaşlıq Təşkilatında (ŞƏT) iştirakına müsbət münasibəti onun regional əlaqələrin gücləndirilməsi potensialı və iqtisadi inkişaf imkanları ilə bağlıdır.

Son xəbərlər

Orphus sistemi