Ekspert: “Azərbaycan və Ermənistan liderləri arasında Qərb və Şərqin vasitəçiliyi ilə keçirilən görüşlər ümid yaradır”

Ekspert: “Azərbaycan və Ermənistan liderləri arasında Qərb və Şərqin vasitəçiliyi ilə keçirilən görüşlər ümid yaradır” “Azərbaycan və Ermənistan liderləri arasında həm Qərbin, həm də Şərqin vasitəçiliyi ilə müxtəlif ölkələrdə keçirilən görüşlərin sayı iki ölkə arasında sülh prosesində irəliləyişə ümid yaradır”.
Xarici siyasət
5 İyun , 2023 15:12
Ekspert: “Azərbaycan və Ermənistan liderləri arasında Qərb və Şərqin vasitəçiliyi ilə keçirilən görüşlər ümid yaradır”

“Azərbaycan və Ermənistan liderləri arasında həm Qərbin, həm də Şərqin vasitəçiliyi ilə müxtəlif ölkələrdə keçirilən görüşlərin sayı iki ölkə arasında sülh prosesində irəliləyişə ümid yaradır”.

Bunu “Report”a açıqlamasında irlandiyalı tarixçi və politoloq Patrik Uolş deyib.

O vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel, Almaniya kansleri Olaf Şolts və Fransa dövlət başçısı Emmanuel Makronun Moldovada keçirilmiş “Avropa siyasi birliyinin” 2-ci Zirvə toplantısı çərçivəsində qeyri-rəsmi görüşü tərəflərin prosesi davam etdirmək istəyini nümayiş etdirib: “Bundan sonra müxtəlif ölkələrdə və formatlarda növbəti görüşlərin tarixləri açıqlanıb. Xüsusilə, gələn ay Brüsseldə daha bir üçtərəfli görüşün keçirilməsi planlaşdırılır”.

P.Uolş xatırladıb ki, Kişineu daxil olmaqla, son bir ayda sayca üçüncü Azərbaycan-Ermənistan görüşü keçirilib: “Əslində, əsas müzakirə mövzusu Paşinyanın tədbirdən əvvəl Qarabağı həm de-fakto, həm də de-yure Azərbaycanın bir hissəsi kimi tanımağa hazır olması barədə verdiyi bəyanat olub”.

Politoloqun fikrincə, birgə görüşlərin təşkili hesabına Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması və sülh prosesində irəliləyiş üçün Rusiya ilə Qərb arasında rəqabət nəticəsində bir növ, paralel proses yaranır: “Bu, yalnız yaxın gələcəkdə nizamlanma perspektivləri üçün yaxşı ola bilər”.

Son xəbərlər

Orphus sistemi