Ekspert: “Azərbaycan və Özbəkistanın İƏT çərçivəsində əməkdaşlığı münasibətlərin inkişafına töhfə verir”

Ekspert: “Azərbaycan və Özbəkistanın İƏT çərçivəsində əməkdaşlığı münasibətlərin inkişafına töhfə verir” “İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində Azərbaycan-Özbəkistan əməkdaşlığı iki ölkə arasında əlaqələrin dərinləşməsinə və inkişafına töhfə verir”.
Xarici siyasət
29 Noyabr , 2023 15:40
Ekspert: “Azərbaycan və Özbəkistanın İƏT çərçivəsində əməkdaşlığı münasibətlərin inkişafına töhfə verir”

“İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində Azərbaycan-Özbəkistan əməkdaşlığı iki ölkə arasında münasibətlərin dərinləşməsinə və inkişafına töhfə verir”.

Bunu "Report"a açıqlamasında iqtisadçı ekspert Uluqbek Kamaletdinov deyib.

“Təşkilat ölkələrinin yarım milyarddan çox istehlak bazarını nəzərə alsaq, İƏT çərçivəsində Azərbaycan və Özbəkistan arasında əlaqələr perspektivli kimi qiymətləndirilə bilər. Nəqliyyat, enerji, kənd təsərrüfatı və turizm kimi müxtəlif sahələrdə əməkdaşlığın inkişafı üçün potensial var”, - o bildirib.

İqtisadçının sözlərinə görə, İƏT-in noyabrın əvvəlində keçirilən sonuncu sammiti təşkilatın fəaliyyətinin təkmilləşdirilməsi və iştirakçı ölkələr arasında nəqliyyat, kommunikasiya və humanitar əməkdaşlığın gələcək inkişafı perspektivlərinin müəyyənləşdirilməsi üçün əsas hadisə olub: “İƏT Mərkəzi və Cənubi Asiya ölkələri arasında məsləhətləşmələr və əməkdaşlıq üçün kifayət qədər səmərəli platformadır. Türkiyə və Azərbaycanın orada iştirakı təşkilatın nəqliyyat və infrastruktur imkanlarını xeyli genişləndirir”.

Son xəbərlər

Orphus sistemi