Ekspert: Macarıstan türk dövlətləri ilə TDT vasitəsilə iqtisadi və digər əlaqələri gücləndirir

Ekspert: Macarıstan türk dövlətləri ilə TDT vasitəsilə iqtisadi və digər əlaqələri gücləndirir Macarıstan üçün Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi dövlət kimi iştirak təkcə iqtisadiyyatın şaxələndirilməsi üçün deyil, həm də Türkiyə, Azərbaycan və regionun digər ölkələri ilə əlaqələrin gücləndirilməsi baxımından vacibdir.
Xarici siyasət
5 İyul , 2024 14:05
Ekspert: Macarıstan türk dövlətləri ilə TDT vasitəsilə iqtisadi və digər əlaqələri gücləndirir

Macarıstan üçün Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi dövlət kimi iştirak təkcə iqtisadiyyatın şaxələndirilməsi üçün deyil, həm də Türkiyə, Azərbaycan və regionun digər ölkələri ilə əlaqələrin gücləndirilməsi baxımından vacibdir.

Bunu “Report”a açıqlamasında təhlükəsizlik siyasəti sahəsində macar ekspert Atilla Demko deyib.

“Biz Şərqdən olan tərəfdaşlarımızla daha sıx əlaqələr saxlamalıyıq, çünki bu, iqtisadi baxımdan Macarıstan üçün faydalıdır. Hesab edirik ki, Avropanın onlarla daha sıx əlaqələr qurması yaxşı olardı. Bundan əlavə, macar irsinin bir hissəsi türk irsinə aid olduğu üçün türkdilli dövlətlərlə mədəni əlaqələrimiz var. Qeyd etmək lazımdır ki, Azərbaycan təkcə Macarıstan üçün deyil, bütün Avropa İttifaqı üçün mühüm ölkədir. Ölkə çox mühüm neft və qaz hasilatçısıdır və onun mövqeyi Orta Dəhlizin bir hissəsi kimi vacibdir. Biz macarlara və xarici siyasətimizə gəlincə, avropalı müttəfiqlərimizə və dostlarımıza başa salmaq istərdik ki, Azərbaycanla qarşılıqlı əlaqədə olmalıyıq”, - o vurğulayıb.

Onun sözlərinə görə, Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə toplantısının keçirilməsi rəmzi xarakter daşıyır, çünki bu şəhərin Azərbaycan üçün böyük tarixi və mədəni əhəmiyyəti var:

“Macarıstan hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Şuşa isə Azərbaycan mədəniyyəti üçün böyük əhəmiyyət kəsb edir. Buna görə də hesab edirəm ki, Şuşa bu görüşün keçirildiyi məkan kimi simvolik əhəmiyyət kəsb edir”.

Son xəbərlər

Orphus sistemi