Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Macarıstana işgüzar səfəri çərçivəsində ölkənin bir sıra yüksəkvəzifəli şəxsləri ilə görüşüb.
“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə sosial şəbəkədə bildirib.
Onun sözlərinə görə, Elçin Əmirbəyov Macarıstanın Avropa İttifaqı məsələləri üzrə naziri Yanoş Boku, Macarıstanın Baş nazirinin siyasi direktoru Balazs Orban, Macarıstan XİN-in dövlət katibi Peter Sztaray və Macarıstan parlamentinin spikerinin müavini Şandor Lezsak ilə görüşüb.
Səfir bildirib ki, E.Əmirbəyov Macarıstan Beynəlxalq Münasibətlər İnstitutunun prezidenti Qladden Pappin ilə görüşüb, yerli ekspertlərlə müzakirələr aparıb.
Bundan əlavə, Azərbaycan Prezidentinin nümayəndəsi “Hir” telekanalına, “Magyar Nemzet” qəzetinə və “Diplomatic Journal”a müsahibələr verib.