Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 21-də Qazaxıstan baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdi ilə görüşüb.
Bu barədə "Report"a Nazirlər Kabinetindən məlumat verilib.
Görüşdə Azərbaycan-Qazaxıstan əlaqələrinin uğurla inkişaf etdiyi məmnunluqla qeyd edilib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.