Əli Əsədovla Türkiyənin vitse-prezidenti arasında telefon danışığı olub

Əli Əsədovla Türkiyənin vitse-prezidenti arasında telefon danışığı olub Azərbaycanın Baş Naziri Əli Əsədov oktyabrın 30-da Türkiyənin vitse-prezidenti Fuat Oktaya telefonla zəng edib.
Xarici siyasət
30 Oktyabr , 2020 19:10
Əli Əsədovla Türkiyənin vitse-prezidenti arasında telefon danışığı olub

Azərbaycanın Baş Naziri Əli Əsədov oktyabrın 30-da Türkiyənin vitse-prezidenti Fuat Oktaya telefonla zəng edib.

Nazirlər Kabinetindən "Report"a verilən məlumata görə, Baş Nazir Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycanın qardaş ölkəyə hər cür yardım göstərməyə hazır olduğunu vurğulayıb.

F.Oktay telefon zənginə və göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Son xəbərlər

Orphus sistemi