Elnur Məmmədov İƏT toplantısında Azərbaycanın İslam həmrəyliyinə sadiqliyini vurğulayıb

Elnur Məmmədov İƏT toplantısında Azərbaycanın İslam həmrəyliyinə sadiqliyini vurğulayıb Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov İslam Əməkdaşlıq Təşkilatına (İƏT – Qeyd) üzv ölkələrin xarici işlər nazirlərinin illik əlaqələndirmə görüşündə edib.
Xarici siyasət
28 Sentyabr , 2024 04:35
Elnur Məmmədov İƏT toplantısında Azərbaycanın İslam həmrəyliyinə sadiqliyini vurğulayıb

Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov İslam Əməkdaşlıq Təşkilatına (İƏT – Qeyd) üzv ölkələrin xarici işlər nazirlərinin illik əlaqələndirmə görüşündə iştirak edib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” səhifəsində paylaşım edilib.

Nazir müavini Azərbaycanın İslam həmrəyliyinə, eləcə də İƏT ilə əməkdaşlığa sadiqliyini vurğulayıb.

İslam dünyasının əsas narahatlıq mənbələrindən biri olan İsrail-Fələstin münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında təcili həllinin vacibliyi, eləcə də Azərbaycanın Fələstin xalqına davamlı humanitar dəstəyi qeyd edilib.

Xarici işlər nazirinin müavini görüş iştirakçılarının diqqətini Azərbaycanın bərpa işləri və sülhün bərqərar olması üzrə regional təşəbbüslərinə yönəldib.

Son xəbərlər

Orphus sistemi