Elnur Məmmədov: "Məhkəmə Hərbi Qənimətlər Parkı ilə bağlı Azərbaycanın mövqeyini dəstəklədi"

Elnur Məmmədov: "Məhkəmə Hərbi Qənimətlər Parkı ilə bağlı Azərbaycanın mövqeyini dəstəklədi" “Hərbi Qənimətlər Parkı digər qabaqcıl ölkələrdə mövcud olan tematik parklardan çox da fərqlənmir.
Xarici siyasət
8 Dekabr , 2021 12:09
Elnur Məmmədov: Məhkəmə Hərbi Qənimətlər Parkı ilə bağlı Azərbaycanın mövqeyini dəstəklədi

“Hərbi Qənimətlər Parkı digər qabaqcıl ölkələrdə mövcud olan tematik parklardan çox da fərqlənmir. Əslində, mahiyyət etibarilə həmin tarixi dövrü əks etdirən konkret eksponat və nümunələrlə mövcud olan parklar kimi fəaliyyət göstərir”.

“Report” xəbər verir ki, bu fikirləri xarici işlər nazirinin müavini Elnur Məmmədov Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı qaldırdığı iddiasının təmin olunmaması ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

O deyib ki, biz beynəlxalq məhkəmədə Hərbi Qənimətlər Parkı məsələsinin Ermənistan üçün siyasi xal qazanmaq aləti olduğunu sübut etdik: "Onlar bundan Azərbaycanda etnik nifrətin təzahürü kimi istifadə etmək məqsədi güdürdülərr. Fikrimcə, Azərbaycan tərəfinin təqdim etdiyi arqument və dəlillər məhkəmə işində inandırıcı oldu. Eyni zamanda, ölkəmiz narahatlıq doğuran bəzi eksponatlarla bağlı könüllü surətdə müəyyən addımlar atıb. Nəticə etibarilə məhkəmə bu məsələdə Azərbaycanın mövqeyini dəstəkləyib”.

Son xəbərlər

Orphus sistemi