Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşüb.
"Report" xəbər verir ki, dövlət başçısını hava limanından ölkə rəsmiləri yola salıb.
Türkiyə lideri Azərbaycanda iki gün səfərdə olacaq. Səfər tarixi Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsi məqsədilə sentyabrın 27-də başlanmış Vətən müharibəsində qələbənin qeyd edilməsi gününə uyğunlaşdırılıb.
R.T.Ərdoğan dekabrın 10-da Bakıda keçiriləcək təntənəli Qələbə paradında iştirak edəcək.
R.T.Ərdoğanın səfəri çərçivəsində eləcə də iki qardaş ölkə arasında əməkdaşlığın inkişafına töhfə verəcək bir sıra ikitərəfli sənədlərin imzalanması gözlənilir.