Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün tviterdəki səhifəsində Azərbaycanla bağlı paylaşım edib.
"Report" xəbər verir ki, o, Zəngilanın Ağalı kəndində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatında səsləndirdiyi fikri sosial şəbəkədəki hesabında paylaşıb.
"Azərbaycan bütün dünyaya örnək olacaq inkişaf modeli ilə bu bölgənin tərəqqisi üçün fəaliyyətini davam etdirir. Türkiyə olaraq, biz də bu fəaliyyətlərdə üzərimizə düşəni etməkdə, qardaş Azərbaycana bütün imkanlarımızla dəstək olmaqda davam edəcəyik", - deyə Türkiyə rəhbəri tviterdə yazıb.
Azerbaycan tüm dünyaya örnek teşkil edecek bir kalkınma modeliyle, işgalden azat edilen bölgeleri geliştirmek için çalışmalarını sürdürüyor.
Türkiye olarak biz de üzerimize düşeni yapmaya, kardeş Azerbaycan’a tüm imkânlarımızla destek olmaya devam edeceğiz. pic.twitter.com/zzuM5JjuNN