"Füzulidək hava limanında işlər bitmək üzrədir, orada sınaq uçuşları həyata keçirilir, yaxında açılışı olacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni hava limanının açılışında iştirak edəcək".
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın “Haber Global”a müsahibəsində bildirib.
“Üçtərəfli bəyanat bütövlükdə bölgəyə sülh gətirəcək. Əslində, bu gedişat çox yaxşıdır. Azərbaycan Prezidenti İlham Əliyev bunu dəfələrlə ifadə edib. Bu, müsbət qarşılıqlı ismarışlar son dərəcə yaxşıdır. Tezliklə sülh müqaviləsi imzalanarsa və mina xəritələri kimi texniki məsələlər həll edilərsə, bu prosesi sürətləndirər. Bizim ermənilərlə bir problemimiz yoxdur. Bu müharibənin başa çatması lazım idi və bitdi. Bunlar düzgün çərçivəyə salınarsa, həll edilə bilməyəcək məsələlər deyil”, - o deyib.
İ.Kalın Ermənistanla normallaşmaya səmimi baxıldığını vurğulayıb: “44 günlük mübarizədən sonra əldə olunan zəfəri təbrik edirəm. Bu, eyni zamanda bölgdə əhəmiyyətli bir uğurdur. Ötən il Ermənistanın etdiyi hücumlar hadisələri bu yerə çatdırdı. Bu prosesdə Azərbaycan həmişə məsuliyyətli davrandı. Heç bir zaman hücum etmədi. Haqlı olaraq əldə edilən bir qələbə var”.
O, Türkiyənin Azərbaycana dəstəyindən də danışıb: “Türkiyənin bu prosesdə iştirakı Azərbaycanla məxsusi əməkdaşlığımızın təzahürüdür. Zəfəri dəqiqə-dəqiqə izlədik. Asan olmadı, çoxlu sayda şəhid verildi. İşğaldan azad edilən torpaqlarda tikinti işlər davam edir. Bir il əvvəl Şuşa, Füzuli harada idi. Füzulidəki hava limanında işlər başa çatmaq üzrədir. Orada sınaq uçuşları aparılır. Onun açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək. 30 ildir istifadə edilməyən yerləri xaraba qalmış vəziyyətdə gördük. Şəhər, qəsəbə və kəndlər yenidən dirçəlir. Tikinti işləri görülür. Təbii ki, orada iqtisadiyyatın qurulması kimi məsələlər zaman aparacaq. Prezident İlham Əliyev ora ilə şəxsən maraqlanır. Bir ildə orada çox böyük işlər görülüb”.