30 ildən sonra Qarabağın azad olunması istiqamətində gördüyümüz işlər Ankaranın müstəqil siyasətinin təzahürüdür.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) qurulmasının 97-ci ildönümü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, Türkiyə beynəlxalq şahmat taxtasında oyun quran dövlətdir: "Hər kəs bunu bilir. Avropadan Asiyaya qədər dünyanın müxtəlif qitələrindəki müttəfiqlərimiz bu həqiqəti ifadə edirlər".
Dövlət başçısı qeyd edib ki, Türkiyə xarici və daxili siyasətində öz maraqlarına uyğun davranır: "Suriya və İraqın şimalında həyata keçirdiyimiz əməliyyatlar da bunu göstərir".
R.T.Ərdoğan xatırladıb ki, dünyanın geosiyasi sistemində yeni reallıqlar və təhlükəsizlik sistemi yaranıb.