"Brüsseldəki proqramımız başa çatandan sonra Bakıda İlham Əliyev qardaşımızın qonağı olacağıq".
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Oradan Şuşaya gedəcəyik. İşğaldan azad edilən ərazilərdən biri olan Şuşaya ailəvi gedərək, həm rəsmi görüşlər, həm də müxtəlif ziyarətlər gercəkləşdirəcəyik. Dost və qardaş Azərbaycanın işğal altında olan torpaqlarının ölkəmizin dəstəyi ilə azad edilməsi Ermənistan başda olmaqla bölgədəki bütün tərəflərə yeni dönəmin qapılarının açılması fürsətidir. Türkiyə olaraq qarşıdakı zamanlarda danışıqları davam etdirməyi düşünürük. İyunun 16-da Bakıda hərçilərimizlə görüşəcəyik”, - o bildirib.