Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə komissiyaların reqlamentinin olması hər iki ölkənin ən böyük qələbəsidir.
“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu jurnalistlərə parlamentin sədri Alen Simonyan deyib.
“İkitərəfli qələbə, Azərbaycanla Ermənistan arasında ilk dövlətlərarası sənəddir, onun həyata keçirilməsi iki ölkənin müstəqilliyi və ərazi bütövlüyünün ən mühüm təməl daşlarından biridir”, - o bildirib.
Simonyan hesab edir ki, bu məsələdə müsbət inkişafa böyük ümid var.
“Hazırda delimitasiyanın hansı ərazidən davam etdiriləcəyi ilə bağlı müzakirələr aparılır”, - spiker bildirib.
O vurğulayıb ki, siyasi iradə olarsa, bütün məsələlər öz həlini tapa bilər.