Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yanvarın 21-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar, Avropa İttifaqının "Şərq tərəfdaşlığı" üzrə səfiri Bris Rokvo, Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin başçısı Anderu Viktorin və Fransa Prezidenti Administrasiyasının müşaviri İzabel Dümonla görüşüb.
“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Şurasından deyiblər.
Məlumata görə, tərəflər Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti, delimitasiya və demarkasiyaya başlamağın vacibliyini bildiriblər.