"Azərbaycan və Rusiya ilə Ermənistanla sərhəddə təhlükəsizliklə bağlı mexanizmin yaradılmasını müzakirə edirik".
“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan fevralın 3-də jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, rəsmi İrəvan Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşündə sərhədin delimitasiyası və demarkasiyası üzrə birgə komissiyanın yaradılmasına dair razılaşmanın icrasına hazırdır: "Biz öhdəliyimizə sadiqik, müxtəlif təkliflər vermişik. Danışıqlar davam edir”.
A.Mirzoyan deyib ki, Türkiyə ilə münasibətlərin normallaşması Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə müsbət təsir göstərəcək.