Ermənistan XİN rəsmisi: Azərbaycanla sülh müqaviləsinin mətni üzrə növbəti görüşlə bağlı müzakirələr gedir

Ermənistan XİN rəsmisi: Azərbaycanla sülh müqaviləsinin mətni üzrə növbəti görüşlə bağlı müzakirələr gedir Azərbaycan və Ermənistan arasında fundamental məsələlərdə razılıq əldə olunmayıb.
Xarici siyasət
22 Fevral , 2024 19:08
Ermənistan XİN rəsmisi: Azərbaycanla sülh müqaviləsinin mətni üzrə növbəti görüşlə bağlı müzakirələr gedir

Ümid edirik ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında bütün məsələlərin müzakirə olunacağı görüş baş tutacaq.

“Report” xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan jurnalistlərə açıqlamasında deyib.

O, Ermənistanın Azərbaycanın sülh müqaviləsi ilə bağlı tövsiyələrinin son variantını aldığını bildirib və əlavə edib ki, hazırda nazirlərin başçılıq etdiyi nümayəndə heyətləri arasında sülh müqaviləsinin mətni üzrə növbəti görüşlə bağlı müzakirələr gedir:

V.Kostanyan qeyd edib ki, Ermənistan tərəfi Azərbaycanla münasibətləri normallaşdırmağa hazırdır:

“Bu yaxınlarda Münxendə Ermənistan və Azərbaycan liderləri arasında görüşün baş tutmasını müsbət hesab etmək olar, lakin son nəticədə biz görüşlərdən və müzakirələrdən daha praktiki hərəkətlərə və danışıqlarda əldə edilmiş razılaşmalara keçməliyik”.

Son xəbərlər

Orphus sistemi