Ersin Tatar: Gün gələcək Türk Dövlətləri Təşkilatı Türk Birliyinə çevriləcək

Ersin Tatar: Gün gələcək Türk Dövlətləri Təşkilatı Türk Birliyinə çevriləcək Gün gələcək Türk Dövlətləri Təşkilatı Türk Birliyinə (İttifaqı) çevriləcək.
Xarici siyasət
8 İyul , 2024 17:17
Ersin Tatar: Gün gələcək Türk Dövlətləri Təşkilatı Türk Birliyinə çevriləcək

Gün gələcək Türk Dövlətləri Təşkilatı Türk Birliyinə (İttifaqı) çevriləcək.

Bunu "Report"a müsahibəsində Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar deyib.

O qeyd edib ki, gələcəkdə ŞKTC-nin TDT-yə üzvlüyü məsələsi də mütləq gündəmə gələcək:

"Biz hazırda TDT-yə müşahidəçi ölkə missiyamızı davam etdiririk. Gələcəkdə münasibətlər daha da inkişaf edəcək. Hər kəsin dəstəyini almaq üçün bir sıra məsələləri həll etmək, siyasi bir sıra proseslərdən keçmək lazımdır. Ancaq müşahidəçi missiyası, həqiqətən də, Şimali Kipr Türk Cümhuriyyətinə mühüm bir yer qazandırıb. Çünki hazırda bizim nazirliklərimiz, nazirlərimiz, QHT-lərimiz, ticarət və sənaye palatamız, təhsillə bağlı qurum və təsisatlarımız TDT-nin fərqli ölkələrdəki tədbirlərinə, iclaslarına qatılırlar. Bunları idarə edən təşkilatın baş katibliyidir".

E.Tatar vurğulayıb ki, bu gün Avropa İttifaqı olduğu kimi, gələcəkdə də Türk Birliyi olacaq:

"Ona görə də 200 milyondan çox əhalisi olan TDT-nin Türk Birliyinə çevrilməsi ilə türk dövlətləri arasındakı ticarət, iqtisadi əlaqələr, mədəni münasibətlər daha da inkişaf edəcək, gənclər arasında əlaqələr güclənəcək, eyni əlifba ilə ünsiyyət qurmaları bizi daha güclü gələcəyə aparacaq. Fərqli ləhcə və əlifbalarımızın gələcəkdə uyğunlaşdırılması çox vacib məsələdir. Ona nail olduqda Türk Birliyi, həqiqətən də, potensialı və təsir baxımdan xalqlarımıza əsaslı rifaq verə biləcək".

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Son xəbərlər

Orphus sistemi