“Şimali Kipr Türk Respublikasının tanınması ilə bağlı beynəlxalq ictimaiyyətdən hər hansı bir gözləntim yoxdur”.
“Report”un xəbərinə görə, bu fikirləri Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Azərbaycandan olan bir qrup media nümayəndəsini videoformatda qəbul edərkən deyib.
“Siyasi baxımdan problem olduğuna görə bizi tanımırlar. Bizim bir az səbrli olmağımız lazımdır. Bizim çox ağıllı insanlarımız var. Öz dövlətimizi gücləndirmək üçün əlimizdən gələni etməkdəyik. Tanınma isə sonra gələcək. Mən Azərbaycan xalqının sevgisini qazanmaq üçün qardaş ölkəyə gəlmək istəyirəm. Mən xalqın seçilmiş bir lideriyəm”, - o bildirib.