“Azərbaycan Avropa İttifqı (Aİ) üçün əhəmiyyətli ölkədir”.
“Report” xəbər verir ki, bunu Estoniya parlamentinin sədri Yuri Ratas Azərbaycana səfərinin yekunlarına əsasən deyib.
“Bu gün səhər Bakıya üçgünlük səfərim başa çatacaq və evə yola düşəcəyəm. İkitərəfli münasibətlərin saxlanması çox vacibdir. Səfərim zamanı Azərbaycan Prezidenti, parlamentinin spikeri, Baş naziri və biz sıra nazirlərlə çoxsaylı vacib görüşlər keçirdim. Bu cür qəbula görə Azərbaycandakı dostlarımıza çox minnətdaram. Ümid edirəmn ki, ikitərəfli münasibətlərimiz möhkəmlənməkdə davam edəcək”, - o bildirib.