Etibar Mirzəyev: “Sabah şad xəbərlər eşidəcəyik”

Etibar Mirzəyev: “Sabah şad xəbərlər eşidəcəyik” “Türkiyədə meşə yanğınlarının söndürülməsi istiqamətində görülən işlərlə bağlı “Böhran mərkəzi”nin xüsusi iclası üç saata yaxın davam edib”.
Xarici siyasət
11 Avqust , 2021 01:13
Etibar Mirzəyev: “Sabah şad xəbərlər eşidəcəyik”

“Türkiyədə meşə yanğınlarının söndürülməsi istiqamətində görülən işlərlə bağlı “Böhran mərkəzi”nin xüsusi iclası üç saata yaxın davam edib”.

“Report”un Türkiyə bürosu xəbər verir ki, bunu Azərbaycanın Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev Türkiyənin Muğla şəhərində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu gün Köycəğiz və Bodrum ətrafında yanğınlar baş verib:

“Digər yanğınlar nəzarət altına alınıb. Artıq demək olar ki, Köycəğizdəki də yanğın lokallaşdırılıb. Ehtimal ki, sabah şad xəbərlər eşidəcəyik. Avqustun 10-da Fövqəladə Hallar Nazirliyinin 500-ə yaxın əməkdaşı Yeniköy, Kəmərköy, Köycəğiz və İlanlı dağında xidmət aparıblar. Bu ərazidə 77-yə yaxın yanğınsöndürmə avtomobili xidmət aparır. Bizim əməkdaşlarımız Köycəğizdə yanğın ocaqlarının soyudulması işlərini görüblər”.

E. Mirzəyev qeyd edib ki, Türkiyənin bütün şəhər və rayonlarında Azərbaycan yanğınsöndürənlərinə qarşı gözəl münasibət olub:

"Hər birimizin gördüyü kimi bu şəhərlərdə və rayonlarda Azərbaycan yanğınsöndürənlərinə gözəl münasibət olub. Bu bizim üçün həmçinin bir təcrübə oldu. Biz daim Türkiyənin yanındayıq. Yaşasın Türkiyə Azərbaycan qardaşlığı!".

Son xəbərlər

Orphus sistemi