Fərid Şəfiyev: "Avropa Parlamentində Azərbaycana qarşı qərəzli kampaniya aparılır"

Fərid Şəfiyev: "Avropa Parlamentində Azərbaycana qarşı qərəzli kampaniya aparılır" "Avropa Parlamentində uzun illərdir ki, Azərbaycana qarşı bir qrup formalaşıb. Burada erməni lobbisindən də söhbət gedir. Ancaq müxtəlif digər qruplar da var".
Xarici siyasət
12 Mart , 2022 13:29
Fərid Şəfiyev: Avropa Parlamentində Azərbaycana qarşı qərəzli kampaniya aparılır

"Uzun illərdir Avropa Parlamentində Azərbaycana qarşı bir qrup formalaşıb. Burada erməni lobbisindən də söhbət gedir. Ancaq müxtəlif digər qruplar da var".

Bunu "Report"a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

Onun sözlərinə görə, Azərbaycan torpaqları işğal altında olan zaman Avropa Parlamenti daha obyektiv mövqe tuturdu: F.Şəfiyev söyləyib ki, bunu qurumun 2009-2011-ci illərdə qəbul etdiyi bəzi qətnamələrdə də görmək mümkündür: "Ancaq Azərbaycan Vətən müharibəsində qələbə qazandıqdan sonra ölkəmizə qarşı həm fərdi şəkildə (Niderland, Lüksenburq parlamentlərində və s.), həm də Avropa Parlamenti səviyyəsində kampaniya başlayıb. Avropa Parlamentinin qətnaməsi də birtərəfli qaydada Azərbaycana qarşı olan bir qətnamədir. Fikrimcə, buna ən yaxşı cavab isə bu il Azərbaycan hökuməti ilə Avropa İttifaqı arasında yeni sazişin imzalanması olacaq. Avropa Parlamentində olan bu qruplar Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin güclənməsini və genişlənməsini istəmirlər".

BMTM-nin İdarə Heyətinin sədri bildirib ki, hazırda üzərində işlənilən sazişdə bir çox şərtləri Azərbaycan diqtə edir: "Həmin məsələlər də sazişdə öz əksini tapmalıdır. Yeni hazırlanan saziş Azərbaycanın maraqlarına cavab verməlidir. Bütün bu qərəzli qətnamələrə ən yaxşı cavab bu sazişi imzalamaq və Avropa İttifaqı arasında əlaqələri inkişaf etdirməkdir".

Son xəbərlər

Orphus sistemi