“Avropa İttifaqının Ermənistandakı missiyası sülh və təhlükəsizliklə deyil, Ermənistanın maraqları ilə bağlıdır”.
“Report” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev tviterdə yazıb.
O vurğulayıb ki, bu tendensiyaya görə Azərbaycan gələcəkdə Avropa İttifaqının missiyası ilə əməkdaşlıq etməyəcək.
Xatırladaq ki, Aİ-nin Ermənistandakı missiyasının rəhbəri Markus Ritter ötən gün absurd bəyanatla çıxış edib. O deyib ki, guya Azərbaycan yaz aylarında Ermənistana hücuma hazırlaşır. M.Ritter bu fikirləri söyləyən zaman Ermənistan tərəfinin informasiyalarına istinad edib.
Azərbaycan Xarici İşlər Nazirliyindən buna cavab olaraq bildirilib ki, Avropa İttifaqı Ermənistan tərəfinin Aİ missiyasının mövcudluğundan vəziyyəti daha da gərginləşdirmək və öz öhdəliklərindən boyun qaçırmaq məqsədilə sui-istifadə etməsinə imkan yaratmamalıdır.