"Rəsmi İrəvan Paris və Vaşinqtonun timsalında alternativlər axtarır".
"Report" xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) rəhbəri Fərid Şəfiyev BMTM-də 27 sentyabr - Vətən müharibəsi şəhidlərinin anım gününə həsr olunan dəyirmi masada deyib.
O vurğulayıb ki, Rusiya ənənəvi olaraq həmişə Ermənistanı dəstəkləyib: "İndi buna imkanı qalmayıb. Bundan başqa, Ermənistan Türkiyədəki prezident seçkilərinin nəticəsini gözləyir. Amma Türkiyənin xarici siyasətində dəyişiklik olacağı ehtimalı yoxdur. Ermənistan həmçinin Rusiya-Ukrayna müharibəsinin hansı nəticə ilə bitəcəyini gözləyir".
Politoloq Fikrət Sadıxov isə bildirib ki, hazırda Ermənistanın Baş naziri Nikol Paşinyan Fransada səfərdədir: "Görünür, Ermənistan havadarlarından çox güclü yardım istəyəcək. Fransa və ABŞ regionda ciddi oyunçu kimi iştirak edə bilməz. Çünki bölgədə Türkiyə və Rusiya faktoru var. Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan da deyib ki, artıq sülh müqaviləsi imzalanmalıdır. Görünür, Ermənistanda sağlam düşüncələr var. Amma yenə də azdır".