“Suriya, İraqda türklüyün izlərini silməklə bağlı kampaniyanın aparılmasına hamımız şahidik. Türk dünyası olaraq yeni təhdidlərə qarşı birgə mübarizə aparmağımız zəruridir”.
“Report”un xəbərinə görə, bu fikirləri Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin üçüncü toplantısında çıxışı zamanı deyib.
"Təəssüflər olsun ki, FETO virusu türk dünyasının digər yerlərinə də sirayət edib. Bildiyiniz kimi, onlar 15 iyulda Türkiyədə dövlət çevrilişinə cəhd etdilər. Həmin çevrilişin qarşısı Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qətiyyətlə alındı”, - o bildirib.