Azərbaycan yanğınsöndürənləri Türkiyədə 100-ə yaxın yanğın mənbəyini söndürüb

Azərbaycan yanğınsöndürənləri Türkiyədə 100-ə yaxın yanğın mənbəyini söndürüb “Meşə yanğınları ilə mübarizə məqsədilə qardaş Türkiyə Respublikasına göndərilmiş Fövqəladə Hallar Nazirliyinin əməkdaşları arasında itki yoxdur. Xəsarət alanların zədələri yüngüldür”.
Xarici siyasət
17 Avqust , 2021 01:47
Azərbaycan yanğınsöndürənləri Türkiyədə 100-ə yaxın yanğın mənbəyini söndürüb

“Fövqəladə Hallar Nazirliyinin meşə yanğınları ilə mübarizə məqsədilə qardaş Türkiyə Respublikasına göndərilmiş əməkdaşları arasında itki yoxdur. Xəsarət alanların zədələri yüngüldür”.

“Report” xəbər verir ki, bu sözləri Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyev deyib.

“Bilirsiniz ki, Türkiyədəki meşələrlə bizim meşələr arasındakı fərq böyükdür. Orada meşələr əsasən iynəyarpaqlı ağaclardan ibarətdir. Ərazilər qayalıqlardan ibarətdir, çox mürəkkəb relyefə malikdir. Yüngül xəsarətlər ola bilər.

Şəxsi heyətin hamısını özümüzlə gətirmişik. Heç bir problem yoxdur, şəxsi heyət ruh yüksəkliyi ilə çalışdı. Türkiyə dövləti on beş-on altı gün ərzində bizə çox böyük dəstək verdi. Bizim orada qalmağımız, zəruri avadanlıqlara təchizatımız vaxtlı-vaxtında olundu. Qısa zamanda 100-ə yaxın mənbələrinin söndürülməsinə nail olduq”.

FHN rəsmisi qeyd edib ki, hər yanğın mənbəyi dedikdə azı 10-15 hektarlıq ərazini nəzərdə tutur. Azərbaycanın yanğın əleyhinə helikopterlərinin və amfibiya təyyarəsinin meşə yanğınları zamanı idarə olunması Türkiyə xalqının rəğbəti ilə qarşılanıb. Yanğınsöndürənlərmiz öz işlərini peşəkarlıqla idarə ediblər. Türkiyədə yanğınlarıən söndürülməsinə digər ölkələrdən də yanğınsöndürənlər cəlb edilsə də, ölkə ictimaiyyəti Azərbaycan FHN-in əməkdaşlarının işini olduqca yüksək qiymətləndiriblər.

Son xəbərlər

Orphus sistemi