Filippin səfiri: Azərbaycanın bölgədə böyük gücə çevrilməsini alqışlayır və dəstəkləyirik

Filippin səfiri: Azərbaycanın bölgədə böyük gücə çevrilməsini alqışlayır və dəstəkləyirik Azərbaycanın bölgədə böyük gücə çevrilməsini Filippin olaraq alqışlayır və dəstəkləyirik.
Xarici siyasət
19 İyun , 2024 17:31
Filippin səfiri: Azərbaycanın bölgədə böyük gücə çevrilməsini alqışlayır və dəstəkləyirik

Azərbaycanın bölgədə böyük gücə çevrilməsini Filippin olaraq alqışlayır və dəstəkləyirik.

Bunu “Report”un Ankara bürosuna açıqlamasında Filippinin Azərbaycandakı qeyri-rezident səfiri (iqamətgahı Ankarada yerləşir) Henri Bensurto bildirib.

Filippinin Türkiyə və Azərbaycan üzrə yeni təyin olunan səfiri deyib ki, ölkəsinin Azərbaycanla siyasi və iqtisadi münasibətləri hər zaman yüksək səviyyədə olub və o, vəzifəsini icra etdiyi müddətdə bu əlaqələrin çoxşaxəli inkişafına çalışacaq: “Mən Bakıda hələ ki bir dəfə olmuşam. Çox gözəl şəhərdir. Amma, əlbəttə, əlaqələrimizin genişlənməsinə, daha çox sahələrdə inkişafına cəhd göstərəcəm”.

Səfir Azərbaycanın inkişafını, yüksək səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi edərək əhəmiyyətli təşkilatları, mütəxəssisləri bir araya gətirməsini təqdir edərək deyib ki, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovla bu ilin aprel ayında görüşüb və onlar iki ölkə arasında diplomatik əlaqələrin genişləndirilməsi üçün mümkün əməkdaşlıq sahələrini müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi