Fransa səfiri: "Fermerin minaya düşməsini təəssüflə qarşılayıram"
Fransa səfiri: "Fermerin minaya düşməsini təəssüflə qarşılayıram"“Mayın 28-də Füzuli rayonunda 23 yaşlı fermer Xəyal Abdullayevin minaya basaraq yaralanması xəbəri təəssüflə qarşılayıram. Ona tam sağalmağı diləyirəm”
"Mayın 28-də Füzuli rayonunda 23 yaşlı fermer Xəyal Abdullayevin minaya basaraq yaralanması xəbəri təəssüflə qarşılayıram. Ona tam sağalmağı diləyirəm".
“Report” xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross tviterdə yazıb.
"Fransa səfirliyi minatəmizləyənlər üçün detektorlar və alət dəstləri ilə Azərbaycanda minaların təmizlənməsini dəstəkləyir”, - səfir qeyd edib.
Qeyd edək ki, mayın 28-si saat 18 radələrində Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində 1999-cu il təvəllüdlü Xəyal Abdullayev minaya düşməsi nəticəsində çoxsaylı qəlpə yarası alıb.
️Sad to hear that a 23 year old farmer, Khayal Abdullayev, was wounded on 28th May having stepped on a landmine in Fizuli district. I wish him full recovery.
️The French Embassy is supporting mine clearing in Azerbaijan by procuring detectors and tool kits for deminers.