Fransada Azərbaycanın Dostları Assosiasiyasına (ADA) yeni prezident seçilib.
“Report”un yerli bürosu xəbər verir ki, bu vəzifəyə Fransa Milli Assambleyasının üzvü, deputat Jerom Lamber keçirilən illik iclası zamanı səsvermənin nəticəsi olaraq gətirilib.
Qeyd edək ki, Jerom Lamber Fransa Milli Assambleyasında Fransa-Azərbaycan Dostluq qrupunun vitse-prezidentidir. O, 24 ildir deputatdır.