Təbriz əsilli və hazırda Fransada yaşayan azərbaycanlı tədqiqatçılar, İran azərbaycanlılarının insan hüquqları müdafiəçiləri - "Ərk" İnsan Haqları Komitəsinin sədri Jalə Təbrizli və yazıçı, tədqiqatçı, jurnalist Maşallah Rəzminin Şuşa şəhərinə səfəri başlayıb.
"Report"un Qarabağ bürosu xəbər verir ki, qonaqlar Şuşada tarixi məkanlarla, işğal dövründə ermənilərin törətdikləri dağıntılarla, həmçinin hazırda Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa-quruculuq işləri ilə tanış olacaqlar.
Qeyd edək ki, Fransada yaşayan azərbaycanlı tədqiqatçılar ötən gün Ağdamda olublar. Onlar Pənahəli xanın İmarət Kompleksini, Ağdam Mədəniyyət Evini, Cümə məscidini və Ağdam Şəhidlər xiyabanını ziyarət ediblər.
Onlar burada ermənilərin vandallığına məruz qalmış tarixi abidələr və işğal dövründə ermənilərin törətdiyi vəhşiliklər barədə məlumatlandırılıblar.
Bundan əlavə, rayonda həyata keçirilən bərpa-quruculuq işləri barədə onlara məlumatlar verilib.