Fransanın ATƏT-in Minsk qrupundakı həmsədri dəyişib

Fransanın ATƏT-in Minsk qrupundakı həmsədri dəyişib Fransanın ATƏT-in Minsk Qrupundakı həmsədri dəyişib.
Xarici siyasət
4 Noyabr , 2021 12:48
Fransanın ATƏT-in Minsk qrupundakı həmsədri dəyişib

Fransanın ATƏT-in Minsk qrupundakı həmsədri dəyişib.

“Report” xəbər verir ki, bu barədə Fransa hökumətinin saytında qeyd olunub.

Bildirilib ki, Bris Rokfeyl ATƏT-in Minsk qrupunun yeni fransalı həmsədri təyin edilib.

O, bu vəzifədə 2016-cı ilin oktyabr ayından vasitəçi kimi fəaliyyət göstərən Stefan Viskontini əvəzləyib.

Qeyd edək ki, B.Rokfeyl yeni təyinatdan əvvəl Fransanın Özbəkistan və Panamadakı səfiri, Rio-de-Janeyrodakı baş konsul olub. O, həmçinin 2000-ci illərdə Fransanın Rusiya və Türkiyədəki səfirliklərində siyasi məsləhətçi kimi çalışıb. 

Xatırladaq ki, bu ilin iyulunda Rusiya da ATƏT-in Minsk Qrupundakı həmsədrini dəyişib. Bu vəzifəni İqor Popovun yerinə İqor Xovayev tutub.

Son xəbərlər

Orphus sistemi