Fuad Hüseynəliyev: Azərbaycana qısamüddətli sülh lazım deyil

Fuad Hüseynəliyev: Azərbaycana qısamüddətli sülh lazım deyil Pakistan Azərbaycan üçün önəmli dövlətlərdən biridir.
Xarici siyasət
11 İyul , 2024 15:32
Fuad Hüseynəliyev: Azərbaycana qısamüddətli sülh lazım deyil

Ermənistan parlamentinin spikeri Alen Simonyanın sülh müqaviləsini tezliklə imzalamaq istəyi ilə bağlı açıqlaması optimizmə kifayət qədər imkan verir, amma elə məsələlər var ki, Azərbaycan onların üstündən heç cür keçə bilməz.

“Report” xəbər verir ki, bunu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev ARB kanalının efirində yayımlanan “Gündəm” verilişində çıxışı zamanı deyib.

“İlk məsələlərdən biri Ermənistanın konstitusiyasıdır. "Gallup" analitik mərkəzinin sorğusunun nəticəsinə görə, Ermənistan əhalisinin mütləq əksəriyyəti konstitusiyasının dəyişdirilməsinin əleyhinədir. Revanşist qüvvələr baş qaldırır və hətta cəmiyyətdə belə bir fikir var ki, Qarabağ məsələsi hələ bitməyib və gələcəkdə bu məsələyə qayıtmaq lazımdır”, - o deyib.

Onun fikrincə, bu o deməkdir ki, ermənilər üçün bu məsələ bitməyib və gələcəkdə Ermənistanda hakimiyyət dəyişikliyi olarsa, bu mövzuya yenidən qayıda bilərlər:

“Ona görə də Ermənistanın konstitusiyasının dəyişikliyi sülh sazişindən ötrü bizim üçün əsas şərtə çevrilir. Bunun həm də Qərb dairələri tərəfindən qızışdırıldığını da qeyd etmək lazımdır”.

F.Hüseynəliyev ABŞ-də Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında görüşə toxunaraq, vurğulayıb ki, rəsmi Bakı daim qeyd edib ki, görüş təşkil edənlər danışıqlar prosesini inhisara ala bilməzlər, danışıqlar isə yalnız iki tərəf arasında aparıla bilər.

Agnetliyin direktorunun fikrincə, Ermənistan sülh üçün tələsir:

“Amma konstitusiyada, müstəqillik aktında dəyişiklik olmasa sülh uzunmüddətli olmayacaq. Bizə isə qısamüddətli sülh lazım deyil”.

Son xəbərlər

Orphus sistemi