“Fransanın mənəvi dəyərlərə və beynəlxalq hüquqa əks olan son münasibətlərində ATƏT-in Minsk qrupunun həmsədri olaraq tərəfsiz vasitəçilik mandatına ziddiyyət görünür”.
"Report" xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.
"Senatın qəbul etdiyi qərar dünyada separatçılığa və böyük müharibələrə yol açacaq. Bu qərəzlidir və yolverilməzdir", - komitə sədri əlavə edib.