Gəncədə “Şuşa Bəyannaməsi: milli-mənəvi dəyərlərimizə sadiqlik və gələcək əməkdaşlıq üçün yeni çağırışlar” mövzusunda konfrans keçirilir.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, Heydər Əliyev Mərkəzində YAP və Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Partiyası) arasında ikitərəfli əməkdaşlıq protokoluna müvafiq olaraq konfrans təşkil edilib.
Konfransdan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub.
Qeyd edək ki, tədbirdən sonra AK Partiyası sədrinin I müavini Numan Kurtulmuşun və YAP sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun iştirakı ilə səfərin yekunlarına dair birgə mətbuat konfransı da olacaq.