Noyabrın 23-də GUAM-ın Milli Əlaqələndiricilər Şurasının 56-cı iclası keçiriləcək.
"Report" xəbər verir ki, pandemiya səbəbindən Milli Əlaqələndiricilər Şurasının 56-cı iclası onlayn şəkildə keçiriləcək.
İclasda GUAM ölkələri arasında siyasi təmasların genişləndirilməsi, koronavirusa qarşı birgə mübarizə, malların mənşəyinin müəyyənləşdirilməsi barədə protokolun imzalanması, GUAM-ın İsraillə əməkdaşlığı məsələləri müzakirə olunacaq.
Tədbirdə həmçinin GUAM ölkələri arasında azad ticarət zonasının yaradılması, nəqliyyat dəhlizi layihələri müzakirə ediləcək.
Onlayn iclasda Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edəcək.