Gürcüstanda oktyabrın 31-də keçiriləcək parlament seçkiləri ilə əlaqədar olaraq Azərbaycanda 3 seçki məntəqəsi yaradılacaq.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyası qərar qəbul edib.
Qərara əsasən, 4, 5 və 6 saylı məntəqələr Gürcüstanın Azərbaycandakı səfirliyində açılacaq.
Səsvermə günü Gürcüstandan kənarda 38 ölkədə ümumilikdə 55 seçki məntəqəsi fəaliyyət göstərəcək.