"Ölkələrimizin müstəqilliklərini bərpa edənədək üzləşdikləri çoxsaylı çətinliklərin təbii nəticəsidir ki, Gürcüstan və Azərbaycan nəinki dost dövlətlər olaraq qaldılar, bu münasibətlər strateji tərəfdaşlığa çevrilib".
"Report"un xəbərinə görə, bu fikirlər Gürcüstan Prezidenti Salome Zurabişvilinin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubunda yer alıb.
"Gürcüstan ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Sizi Gürcüstan xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik etmək istərdim.
Ölkələrimiz arasındakı mehriban qonşuluq münasibətlərinin çoxəsrlik tarixi vardır. Ölkələrimizin müstəqilliklərini bərpa edənədək üzləşdikləri çoxsaylı çətinliklərin təbii nəticəsidir ki, Gürcüstan və Azərbaycan nəinki dost dövlətlər olaraq qaldılar, bu münasibətlər strateji tərəfdaşlığa çevrilib", - məktubda qeyd edilib.